Oktyabrın 30-da Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında “Əməkdaşlıq haqqında çərçivə razılaşması”nın imzalanma mərasimi keçirilib.
   ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, razılaşma mərkəz əməkdaşlarının bilik və təcrübəsinin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin mərkəzin fəaliyyətinə cəlb edilməsinə istiqamətlənib. 
   Tədbirdə Mərkəzi Florida Universiteti və Kembric Universitetinin məzunu Zəfər Həsənov, Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov razılaşmanın detalları haqqında ətraflı məlumat veriblər. 
   İmzalanma mərasiminin sonunda Beynəlxalq Təlim və Layihə Mərkəzinin nümayəndələri Teymur Məmmədov və Zəfər Həsənov ATMU-nun tələbələri üçün təlimlər keçiblər. Fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.
   
   Fariz