Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
   Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzovun sözlərinə görə, müsabiqə ətraf mühitin mühafizəsi, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılmasına dəstək olmaq məqsədi daşıyır. 15 yaşadək uşaq və gənclər iştirak üçün mərkəzin www.xsm.az elektron ünvanına müraciət edə bilərlər.