Maykl Cekson birinci, Albert Enşteyn onuncu yerdədir
   
   “Forbes” jurnalı dünyadan köçmüş məşhurların əsərlərinin və adlarının gətirdiyi qazancların yeni siyahısını elan edib. Reytinqə yenə pop səhnəsinin sönməyən ulduzu Maykl Cekson (1958-2009) başçılıq edir. Cekson 5 ildir ki, bu reytinqin birinci pilləsindədir. Son 12 ay ərzində gəliri 75 milyon dollar təşkil edib. 
   İkinci pillədə qolfçu Arnold Palmer (40 milyon dollar), üçüncü pillədə karikaturaçı rəssam Çarlz Şults (38 milyon dollar) qərarlaşıb.
   Sonrakı pillələrdə “Rok-n-roll” kralı Elvis Presli (35 milyon dollar), Bob Marli (23 milyon dollar), Tom Petti (20 milyon dollar) və müğənni Prins (18 milyon dollar) yer alıb.
   İlk onluğu yazıçı və multiplikator, daha çox Doktor Syuz kimi tanınan - Teodor Zoys Qayzel (16 milyon dollar), “The Beatles” qrupunun üzvü Con Lennon (12 milyon dollar) və məşhur alim Albert Enşteyn (10 milyon dollar) qapayır.
   
   İlona