Oktyabrın 31-də Qax rayon Mədəniyyət mərkəzində bal və milli mətbəx bayramı keçirilib. Tədbirdə yerli kulinarlarla yanaşı Zaqatala, Şəki, Oğuz rayonlarının təmsilçiləri iştirak ediblər. Mərasimdə bölgələrin sənətkarlarının əl işləri də nümayiş etdirilib.
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova kulinarların hazırladığı mətbəx nümunələrinə baxış keçiriblər.
Qeyd olunub ki, rayon İcra Hakimiyyəti və regional idarənin birgə təşkilatçılığı ilə təşkil olunan bayram regionun mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır.
Tədbir Mədəniyyət mərkəzinin zalında Şəkidən gələn “Zirvə” xalq instrumental ansamblının təqdim etdiyi konsert proqramı ilə başa çatıb.