“QIHAN” şirkətinin hazırladığı “Xiaofa” robotu Pekin Xalq Məhkəməsində işə başlayıb. Robot 7 mindən çox qayda-qanunu yadda saxlamaqla onları izah edə bilir. Bununla da məhkəmə prosesi, qaydalar və əvvəlki dinləmələr barədə informasiya almaq istəyən insanlara kömək göstərir.
Məlumata görə, boyu 1,5 metr olan robot ona binada hərəkət etməyə və insanlarla ünsiyyət qurmağa imkan verən kamera və mikrofonlarla təchiz olunub. Nitqin tanınması da daxil olmaqla, Robotun intellektual əsasını “IBM Watson” və “Nuance” proqramları təmin edir.
Robotun tətbiqindən həm işi asanlaşan məhkəmə əməkdaşları, həm də insanlar faydalanır. “Xiaofa” robotlarının daha bir neçə Çin məhkəməsində istifadəyə verilməsi nəzərdə tutulur.