Azərbaycan Milli Konservatoriyasında Yaponiyanın Bakıdakı səfirliyi ilə birgə iki ölkənin xalq musiqisindən ibarət konsert proqramı təqdim edilib. Konsertdən əvvəl konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Konservatoriya ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edən səfir muğamı çox sevdiyini diqqətə çatdırıb.
Konsertin birinci hissəsində yaponiyalı, ikinci hissəsində azərbaycanlı musiqiçilər çıxış ediblər. Sonda iki ölkə sənətkarlarının təqdim etdiyi sintez musiqi maraqla qarşılanıb.