Rəsm aksiyası keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabrın 8-də paytaxtın Xətai rayonundakı Heydər Əliyev parkında (Ukrayna dairəsi) “Bayrağımız qürurumuzdur!” adlı asfalt üzərində rəsm aksiyası keçirilib. Dövlət Bayrağı Gününə həsr olunmuş aksiyada müxtəlif məktəblərdən 20-dən çox şagird iştirak edib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov dövlət rəmzimizin təbliği, gənclərə milli vətənpərvərlik duyğularının aşılanması məqsədi daşıyan aksiyanın əhəmiyyətindən söz açıblar.
Tədbir kiçik konsert proqramı ilə davam edib. Sonda iştirakçılara diplomlar təqdim edilib.