Milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni, Xalq artisti Şövkət Ələkbərovanın 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan konsert proqramı sənətkarın adını daşıyan 20 nömrəli musiqi məktəbində gerçəkləşib.
Öncə məktəbin müəllimi Lalə Cəfərova mərhum sənətkarın ömür yolundan söz açıb, yaradıcılığı haqqında danışıb. Ş.Ələkbərovanın repertuarındakı mahnıların, həmçinin “Segah”, “Qatar”, “Şahnaz” muğamlarının milyonlarla insan tərəfindən sevilərək dinlənildiyi vurğulanıb.
Tədbirdə məktəbin şagirdlərinin ifasında vaxtilə Ş.Ələkbərova tərəfindən səsləndirilən mahnılar oxunub.
Sonda sənətkarın gəlini, T.Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru Gülnarə Səfərova ailə adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.