Los-Anceles şəhərində “American Music Awards - 2017” mükafatının sayca 45-ci təqdimat mərasimi olub. Bu mərasim 1973-cü ildən keçirilir və faktiki olaraq "Qremmi" və digər mükafatların əsas rəqiblərindən sayılır. Mükafatın nominantlarını onların kommersiya uğurları əsasında, yəni mahnıların satış həcminə görə seçirlər. Qaliblər isə azarkeşlərin səsverməsi ilə seçilir.
“İlin artisti” nominasiyasında mükafata amerikalı müğənni Bruno Mars layiq görülüb. O, eyni zamanda “İlin klipi” (“That's What I Like”), “Ən yaxşı albom” (“24K Magic”) və “Ən yaxşı mahnı” (“That's What I Like”) nominasiyaları üzrə qalib olub.
İlin “Ən yaxşı gənc ifaçısı” Nayl Xoran, “Ən yaxşı pop-rok ifaçısı” Ledi Qaqa, “Ən yaxşı Latın amerikalı müğənni” Şakira, Beyonse isə “Soul /R.N.B janrında ən yaxşı ifaçı” nominasiyalarında qalib gəlib. İlin “Ən yaxşı dueti” “Imagine Dragons” rok qrupu seçilib.
Kit Urban “Kantri üslubunda ən yaxşı albom” (“Ripcord”) və “Kantri üslubunda ən yaxşı mahnı” (“Blue Ain't Your Color”) mükafatlarına layiq görülüb.
“YouTube”da rekord baxış sayı (4 milyard) toplayan “Despacito” mahnısının ifaçıları Luis Fonsi və Deddi Yanki “İlin dueti” nominasiyasında qalib gəlib.
Digər nominasiyalarda DJ Xalid (“Rep, hip-hop stilində ən yaxşı kompozisiya”), ABŞ-dan rok qrupu Linkin Park ("One More Light" mahnısına çəkilən klip) və “Coldplay” qrupu (“Ən yaxşı konsert turu”) layiq görülüb.
İlona