Çin aviaşirkətinin təyyarəsi tullantı bitki yağı ilə uçur
   
   Çinin “Hainan Airlines” şirkətinin təyyarəsi ölkə tarixində ilk dəfə olaraq bioyanacaqdan istifadə etməklə qitələrarası uçuş həyata keçirib. “Boeing 787” tipli sərnişin təyyarəsi kerosin əvəzinə restoranlarda istifadə olunan yağların tullantısından hazırlanan bioyanacaqdan istifadə etməklə Pekindən Çikaqoya uçub. Bu, Çin ilə ABŞ arasında “Yaşıl aviasiya əməkdaşlığı layihəsi” çərçivəsində baş tutub.
   Qeyd edək ki, “Hainan Airlines” şirkətinin “Boeing 737” tipli təyyarəsi 2015-ci ilin martında günəbaxan yağından hazırlanan yanacaqdan istifadə etməklə Şanxaydan Pekinə uçmuşdu. Həmin uçuş dünyada bioyanacaqdan istifadə olunmaqla ilk kommersiya uçuşu kimi tarixə düşmüşdü.