Amerikanın “Forbes” jurnalı 2017-ci ilin ən çox qazanc əldə etmiş musiqiçilərin siyahısını elan edib.
   Birinci pillədə amerikalı reper Şon Kombs (Paf Diddi) yer alıb. İl ərzində reper 130 milyon dollar qazanc əldə edib. 
   İkinci yerdə müğənni Beyons (105 milyon dollar), üçüncü pillədə kanadalı musiqiçi Drayk (94 milyon dollar) qərarlaşıb.
   Sonrakı pillələrdə 92 milyon qazanmış kanadalı The Weeknd (Eybel Makkonen Tesfaye), “Goldpay” qrupu (88 milyon dollar) və Guns' N Roses yer alıb. 
   İlk onluğa müğənni Castin Biber (83,5 milyon dollar), Brus Sprinqstin (75 milyon dollar), Adel (69 milyon dollar) və “Metallica” qrupu (66,5 milyon dollar) da daxil olub. 

   İlona