Macarıstanın Balatonfüred şəhərində təşkil olunan 17-ci Beynəlxalq “Renaissance” ifa müsabiqəsində ölkəmiz də təmsil olunub. Müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbəsi Sevinc Kazımova uğurla iştirak edib.
BMA-dan bildiriblər ki, həmyerlimiz müsabiqədə özünün nota aldığı üçhissəli “Simli kvartet”ini təqdim edib. Münsiflər heyəti tərəfindən böyük rəğbətlə qarşılanan ifa müsabiqənin “Qızıl” mükafatına layiq görülüb.