Bakı Xoreoqrafiya Akademiyasında Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə bəstəkar-pianoçu, Əməkdar mədəniyyət işçisi, dosent Eldar Dadaşovun müəllif konserti keçirilib. 
   Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, bəstəkar, musiqişünas, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə konsert öncəsi çıxış edərək E.Dadaşovun yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
   Konsert çərçivəsində akademiyanın bakalavr və magistrant tələbələri E.Dadaşovun “Xatirə”, “Ayrılıq” , “Azərbaycan”, “Odlar ölkəsi”, “Yadına düşəcəyəm” və digər musiqi kompozisiyalarını səsləndiriblər.