Gənc balet artisti Ülvi Əzizov yanvarın 21-də Latviyanın Liyepaya şəhərində “Balet ulduzlarının qala-konserti”ndə çıxış edəcək.
   “Lielais Dzintars” zalında keçiriləcək qala-konsertdə “Qu gölü”, “Korsar”, “Şelkunçik” və digər baletlərdən səhnələr təqdim ediləcək. “Worldstars” şirkəti tərəfindən reallaşdırılan layihənin ideya müəllifi və bədii rəhbəri Olqa Əzizovadır.
   Ü.Əzizov Rudolf Nuriyev adına 16-cı Beynəlxalq balet festivalı mükafatının, eləcə də Budapeştdə dünya baleti ulduzlarının 18-ci beynəlxalq qala-konsertinin xüsusi mükafatının sahibidir. Paris, Nitsa, Marsel, Budapeşt, Oslo və digər şəhərlərdə çıxışları alqışlarla qarşılanıb.