20 Yanvar mövzusunda uşaq rəsm müsabiqəsi elan olunub
   
   Mədəniyyət və Turizm Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsi elan olunub.
   15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqənin yekun sərgisi yanvarın 18-də Xətai Sənət Mərkəzində keçiriləcək. Layihənin məqsədi xalqımızın azadlıq mübarizəsinin parlaq səhifələrindən olan 1990-cı ilin 20 yanvar hadisələrini, xalqımızın nümayiş etdirdiyi vətən, torpaq, azadlıq eşqini bir daha xatırlamaq, gələcək nəsillərə ötürməkdir.
   Müsabiqəyə 300-ə yaxın uşaq 400-dən çox əsəri ilə qatılıb. Yekun sərgidə 110 uşağın 120-yə yaxın işinin nümayişi nəzərdə tutulur.