Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri" adlı unikal sərgi üzrə “açıq qapı” günləri keçiriləcək. 13-14 yanvar tarixində Höte İnstitutunun Bakı nümayəndəliyinin dəstəyi ilə baş tutacaq aksiyada paytaxt sakinləri və şəhərimizin qonaqları muzeyin fondunda qorunan nadir bədii incilərlə yanaşı, Londonun Viktoriya və Albert Muzeyi, Berlinin İslam İncəsənəti Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan XVI-XVIII əsrlərə aid Azərbaycanın zəngin bədii xəzinəsini ödənişsiz izləmək imkanı əldə edəcəklər. 
   Aksiya çərçivəsində həmçinin macar dizayneri Janet Jirmay tərəfindən təkmilləşdirilərək hazırlanmış perforasiya lentli musiqi qutusunu fırlamaqla naxışlar və xalçaların kodlaşdırılmış musiqisi ilə tanış olacaqsınız. 
   
   Lalə