Martın 14-dən 18-dək Fransada (Anmas) və İsveçrədə (Cenevrə) pianoçuların Adilə Əliyeva adına XII Beynəlxalq Müsabiqəsi keçiriləcək.
Fransa hökumətinin iştirakı ilə təşkil edilən müsabiqənin fəxri prezidenti görkəmli bəstəkar və dirijor, Fransa İnstitutunun üzvü Loran Petijirar, münsiflər heyətinin sədri Fransada yaşayan həmvətənimiz Adilə Əliyevadır.
Müsabiqə peşəkar pianoçular (1973-1996-cı illər təvəllüdlü) və gənc pianoçular (1997-2004-cü illər təvəllüdlü) arasında keçiriləcək. Müsabiqənin ümumi mükafat fondu 26 min avro, o cümlədən Qran-pri 15 min avrodur.
Müsabiqə haqqında geniş məlumatı saytından əldə etmək olar.
Qeyd edək ki, Adilə Əliyeva Bakıda anadan olub. Sonralar Moskvaya köçən Adilə Əliyeva P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. O, 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir.