Finlandiyanın paytaxtı Helsinkidə “Taxt-tac oyunları” serialının fanatları üçün qeyri-adi hotel açılıb. Hotel demək olar ki, bütünlüklə buzdan düzəldilib.
Hotelin ərazisində serialın populyar qəhrəmanlarının buz heykəlləri qoyulub. Nəhəng ağ piyada məxluqlara xüsusi əhəmiyyət verilir, çünki serialın süjetinə görə həmin məxluqlar da oxşar şəraitdə yaşayırlar.
Hoteldəki barı əjdahalar qoruyur, bütün otaqlar Vesterosun evlərindən birinə məxsusdur. Bundan əlavə, buz hoteldə Braavos zalı tikilib və dəmir taxt qoyulub.
Burada gecələmək də olar, amma bu barədə düşünmək lazım gələcək, çünki yataq yeri də buzdan düzəldilib. Cütlüklər hoteldə evlənə də bilərlər. Bunun üçün xüsusi toy otağı ayrılıb.
Buz mehmanxanada bir gecə qalmaq 200 dollara başa gəlir. Qeyd edək ki, aprel ayında hoteli sökəcəklər, çünki havalar istiləşdikcə o, onsuz da əriyəcək.