Azərbaycanın Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin Ərdəbil şəhərində ilk solo konserti keçirilib.
Konsertdə tarzəni tanınmış pianoçu Eta Etminan və zərb ifaçısı Əmir Əli Nəbi müşayiət ediblər. Tarzənin ifasında klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərindən nümunələr təqdim olunub. Bununla yanaşı, proqramda Azərbaycan klassik muğamları, xalq mahnıları və Qərb bəstəkarlarının əsərləri yer alıb.
Anşlaqla keçən konsert proqramı bir daha dinləyicilərin Azərbaycan milli musiqisi və tar ifaçılığına olan sevgisini göstərib.