Fevralın 1-də Moskvada dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Moskva Dövlət Konservatoriyasının kiçik zalında təqdim olunacaq kamera konsertinin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
Proqramda vokalçı Yevgeni Astafurov, pianoçu Olqa Domnina, skripkaçı Yelena Reviç və digər tanınmış musiqiçilər iştirak edəcəklər.
* * *
Fevralın 5-də isə Nijni Novqorod Filarmoniyasında Qara Qarayevin 100 illik yubileyi münasibətilə konsert olacaq.
Beynəlxalq mükafatlar və müsabiqələr laureatı Olqa Domninanın (fortepiano) ifasında Qara Qarayevin 24 prelüdü, “Yeddi gözəl” baletindən fortepiano üçün süitası, habelə bəstəkarın oğlu Fərəc Qarayevin fortepiano üçün 2 nömrəli sonatası səsləndiriləcək. Konsertdə Dmitri Şostakoviçin seçilmiş prelüdləri də ifa ediləcək.