Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə X sinif şagirdi Jalə İslamova yanvarın 12-dən 16-dək Sankt-Peterburqda keçirilən “Maria Yudina” adına Gənc pianoçuların XIX Beynəlxalq müsabiqəsində iştirak edib.
Rusiya, Belarus, Ukrayna, Çin və başqa ölkələrdən gənc pianoçuların qatıldığı müsabiqədə Jalə I turda İ.S.Bax, F.Şopen və S.Raxmaninovun əsərlərindən nümunələr, II turda isə L.Bethovenin “Sonata” N6, F.Şopenin “Polonez” op.53 və A.Bəbirovun “Prelüd-skertso” əsərlərini məharətlə ifa edərək müsabiqənin laureatı adını qazanıb və III dərəcəli diplomla mükafatlandırılıb.
Gənc pianoçu həmçinin münsiflər heyətinin sədri, professor Tatyana Zaqarovskayadan ustad dərsi alıb.
Xatırladaq ki, Jalə bundan öncə “Gradus ad Parnassum” Beynəlxalq müsabiqəsində I yeri, “Ciudad De Leganes” Beynəlxalq müsabiqəsində II yeri qazanıb. Jalənin müəllimi Nilüfər Tabasaranskayadır.