Adana Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi II Türk dünyası sənət toplantısı öz işinə başlayıb. Tədbirə 33 ölkədən 93 rəssam qatılıb.
Rəssamlar bir həftə boyunca Adananın tarixini, maddi-mədəniyyət abidələrini kətan üzərinə köçürəcəklər. Yaradılan əsərlər yanvarın 31-də təşkil ediləcək sərgidə sənətsevərlərə təqdim olunacaq və bir həftə nümayiş etdiriləcək.
Ölkəmizi bu tədbirdə rəssamlar Vahid Novruzov, İlqar Əkbərov, Həmzə Sadıqov, İlham Ənvəroğlu, Həbib Allahverdiyev, Teymur Ağalıoğlu təmsil edirlər.
S.Qaliboğlu