Dünya musiqisinin əfsanələrindən olan britaniyalı Elton Con pərəstişkarlarını məyus edən qərarını açıqlayıb. O, bu il müğənni kimi konsert salonlarında çıxışlarını başa vuracağını söyləyib.
Məşhur estrada müğənnisi qərarının seçdiyi prioritetlərin dəyişməsi ilə əlaqədar olduğunu vurğulayıb. O, bundan sonra vaxtını övladları və nəvələri ilə birgə keçirəcəyini planlaşdırır.
Elton Con sentyabrda sonuncu dəfə dünya turnesinə çıxacaq. Lakin 70 yaşlı estrada ulduzu səhnəni tərk etməsinin səhhətindəki problemlərlə bağlı olduğu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.