Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasında fakültələr üzrə keçirilən 543 imtahanda 1700 tələbənin iştirakı nəzərdə tutulub. 
   İmtahandan əvvəl tələbələr üçün müəllimlər tərəfindən məsləhət saatları müəyyənləşdirilib və tələbələrə suallarla bağlı ətraflı izahlar verilir. Bundan başqa, imtahan nəticələrinin qiymətləndirilməsində tələbələrin narazılığına səbəb olan hallar yarandıqda universitetdə fəaliyyət göstərən apelyasiya komissiyasına ərizə ilə müraciət edən tələbələrin müvafiq fənn üzrə işlərinin təkrar yoxlanılması həyata keçirilir.
   Builki yeniliklərdən biri də tədris ilinin əvvəlində ixtisas fənləri üzrə müvafiq sillabusların sənaye ilə əməkdaşlıq çərçivəsində tərtibi və tədris edilən mövzularda sənaye müəssisələri nümayəndələrinin təkliflərinin nəzərə alınması, eləcə də sonuncu kursda təhsil alan tələbələrin biliklərinin qiymətləndirilməsinə sənaye müəssisələrinin nümayəndələrinin cəlb olunmasıdır. ATMU-nun yeni strategiyasına görə, növbəti illərdə bu təhsil müəssisəsini seçən tələbələrin sənayenin ehtiyacına uyğun keyfiyyətli təhsil almalarına müvafiq şirkətlər, müəssisələr nəzarət edəcək. 
   
   Fariz