Yanvarın 28-də Nyu-Yorkdakı “Medison-Garden” idman arenasında musiqi dünyasının nüfuzlu “Grammy” mükafatının sayca 60-cı təqdimat mərasimi keçirilib. ABŞ Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən təsis olunan mükafata ötən ilin ən yaxşı ifaçı və musiqi kompozisiyaları layiq görülürlər.
   Gecənin triumfatoru Bruno Mars olub. O, mükafatın üç əsas nominasiyasında ("İlin studiya yazısı", "İlin mahnısı" və "İlin albomu") qalib gəlib.
   Gecəyə damğa vuranlar arasında digər isim - məşhur rep ifaçı Kendrik Lamar da üç mükafat (“İlin ən yaxşı rep performansı", “Ən yaxşı rep mahnısı” və "Ən yaxşı musiqi videosu" nominasiyaları) qazanıb. Digər nominasiyalar üzrə Alisiya Kara, “The Man” qrupu, Şakira və başqaları qalib olublar.
   Dünyasını dəyişmiş sənətçilərə: "Ulduzların müharibəsi" filmində şahzadə Lei rolunu ifa etmiş Kerri Fişer ("Şahzadənin gündəlikləri" adlı memuarlarına görə) və kanadalı musiqiçi Leonard Koen (“Ən yaxşı rok ifası”) mükafata layiq görülüb.
   “Ən yaxşı klassik instrumental ifa” nominasiyasında 26 yaşlı rusiyalı pianoçu Daniil Trifonov qalib olub. 
   
   İlona