Yanvarın 26-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Səbinə Nadirin “Kainat” adlı fərdi sərgisinin açılışı keçirildi. 
   Tədbiri giriş sözüylə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq gənc rəssamın uğur işartıları ilə başlayan yaradıcılığı haqqında danışdı. 
   Səbinə Nadirin müəllimi, Xalq rəssamı Ağəli İbrahimov isə tələbəsinin istedadından, onun dekorativ-tətbiqi sənət sahəsinə olan marağından söz açdı, gələcək işlərində ona uğurlar dilədi. 
   Sonda gənc rəssam sərginin təşkili üçün zəhmət çəkən hər kəsə minnətdarlığını bildirdi.
   Sərgidə rəssamın 50-dən çox əsəri nümayiş olunur ki, onların çoxu vitrajlardan ibarətdir. 
   
   S.Qaliboğlu