Yanvarın 31-də Heydər Əliyev Sarayında “Bakı şansonu” adlı konsert proqramı təqdim olunub.
Gecədə tanınmış şanson musiqisi ifaçıları Fərhad Bakinski, Cəlal Abbasov, Ceyhun Bakinski, İlqar Sail, Şakir Mərdanov və Sabir Əhmədov iştirak ediblər. Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunub. Hər zaman populyarlığını saxlayan “Bakı şansonu” janrında mahnılar paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.