Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək.
Yubiley gecəsində xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Brilliant Dadaşova, Gülyaz Məmmədova, əməkdar artistlər Ramil Qasımov, Tünzalə Ağayeva, İlqar Muradov, Lalə Məmmədova, Aqşin Abdullayev, İsfar Sarabski və digər tanınmış ifaçılar iştirak edəcəklər.
Konsertdə musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın sevilən musiqiləri, unudulmaz bəstələri - “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim, tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl, barışaq”, “Qurban verərdim”, “Daha məndə dözüm yox”, “Yoxluğunu bilə-bilə”, “Ey vətən” və digər mahnıları səslənəcək.