Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalı və Azərbaycan Milli Konservatoriyası ilə birgə 2 fevral - Gənclər gününə həsr edilmiş konsert keçirilib.
"Mədəniyyət" kanalının direktoru, Əməkdar artist Ramil Qasımov ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan bu günün ildən-ilə daha geniş şəkildə qeyd edildiyini söyləyib.
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Gənclər gününün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd edildiyini bildirib, mədəniyyət və incəsənətin inkişafına gənclərimizin verdiyi töhfələrdən söz açıb.
Sonra Azərbaycan Milli Konservatoriyası tələbələrinin iştirakı ilə musiqi proqramı təqdim olunub. İstedadlı gənclərin ictimaiyyətə təqdimatı baxımından əhəmiyyət kəsb edən konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.