2017-ci ildə bütün dünya üzrə Abu-Dabiyə (Birləşmiş Ərəb Əmirlikləri) səfər etmiş turistlərin sayı 5 milyona yaxın olub. Abu-Dabinin Mədəniyyət və turizm departamentinin statistik məlumatlarına görə, MDB ölkələri xarici turistlərin sayına görə ilk onbeşliyə daxildir.
2017-ci ildə Rusiyadan Abu-Dabi əmirliyinə 40 mindən çox turist gəlib ki, bu da 2016-cı illə müqayisədə iki dəfə çoxdur. Abu-Dabidə istirahət edən turistlərin sayına görə MDB-də ikinci yeri yenə Ukrayna tutur (2017-ci ildə 12327 nəfər). Gürcüstandan Abu-Dabiyə istirahətə gəlmiş turistlərin sayı 62 faiz artaraq 2017-ci ildə 2200 nəfərə, Özbəkistandan gələn turistlərin sayı 28 faiz artaraq 5600 nəfərə çatıb. Son bir ildə Rusiya və Ukrayna vətəndaşları üçün BƏƏ-yə viza prosedurları sadələşdirilib və ya ləğv edilib. Bu qərar postsovet məkanından olan turistlərin sayının artmasını təşviq edib.
Abu-Dabi artıq BƏƏ-də işgüzar mərkəz və ya dəniz kurortu deyil, yüksək dərəcədə inkişaf etmiş infrastruktura və çoxsaylı görməli yerlərə malik turizm istiqamətidir. Keçən il əmirliyin görməli yerlərinin siyahısına daha bir obyekt əlavə olunub - Abu-Dabi Luvru. Bu il daha bir layihənin - Yas adasındakı “Warner Bros. World Abu Dhabi” tematik parkın açılışı gözlənilir.