Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xalq şairi Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olunub.
Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun tərtibçisi olduğu kitabda Səməd Vurğunun 300-dən artıq şeiri toplanıb.
Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.
* * *
Nazirliyin dəstəyi ilə nəşr olunan daha bir kitab şair Məstan Günərin “Seçilmiş əsərləri”nin II cildidir. İkicildlik “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.
Hər iki kitab nazirliyin tabeliyində olan kitabxanalara paylanılacaq.