Fevralın 10-dan Özbəkistanda 39 ölkə ilə sadələşdirilmiş viza rejiminin tətbiqinə başlanılıb. Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyoyevin imzaladığı fərmana əsasən, 10 fevral tarixindən həmçinin Türkiyə, İndoneziya, Cənubi Koreya, Malayziya, Sinqapur, Yaponiya və İsrail vətəndaşları üçün ölkəyə giriş vizası aradan qaldırılıb.
Fərman turizmin inkişaf etdirilməsi məqsədilə verilib. Sözügedən ölkələrin vətəndaşları Özbəkistanda 30 gün müddətində vizasız qala bilərlər.