Martın 14-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun (1907-1983) mahnılarından ibarət konsert təşkil olunacaq.
Proqramda sevilən müğənnilərin ifasında bəstəkarın bir-birindən gözəl mahnıları səslənəcək. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına və Niyazi adına orkestrləri müşayiət edəcək.
Səid Rüstəmov "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyaların, populyar mahnıların ("Oxu, tar", "Qurban adına", “Həkim qız" və s.) müəllifidir.
Bəstəkar yaradıcılıqla yanaşı, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrların hazırlanması işinə də xüsusi diqqət yetirib, musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biridir. Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisi kafedrasını yaradıb.