“British Council Azərbaycan” Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Mərkəzi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində "Deaf Men Dancing" rəqs ansamblı tərəfindən səhnələşdirilmiş “Ten” rəqs tamaşasını təqdim edir.
“British Council”ın “Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənətlə məşğul olan məhdud imkanlı insanları inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə dəstəkləyir.
“YARAT” Müasir İncəsənət Mərkəzində “Ten” adlı rəqs tamaşası martın 12-də, Nizami Kino Mərkəzində isə martın 13-də nümayiş olunacaq. “Deaf Men Dancing” rəqs ansamblının bədii rəhbəri xoreoqraf və rejissor Mark Smitdir. Martın 9-da Gənc Tamaşaçılar Teatrında “Bir günəş altında” tamaşasının premyerası olacaq. Tamaşa, həmçinin martın 13-də Nizami Kino Mərkəzində, martın 15-də isə “YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq.