Fevralın 25-də Makedoniyada IV Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi açılıb. Mövzusu “Evlilik: öncə və sonra” olan yarışmaya 40 ölkədən 155 rəssam 430 əsərlə qatılıb. Sərgidə 100 ən yaxşı əsər nümayiş etdirilir. Sərgidə ölkəmizi təmsil edən tanınmış rəssam, bir sıra beynəlxalq müsabiqələrin qalibi Soltan Soltanlının əsəri mükafata layiq görülüb.
   Qeyd edək ki, rəssam bu günlərdə Bakıda rəngkarlıq əsərlərindən ibarət “İrrealizm” adlı sərgisini sənətsevərlərə təqdim edib.