Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşan hesabat konsertini tanınmış mədəniyyət və incəsənət xadimləri də izləyiblər.
Konsertdə kollektivi Xalq artisti Fəxrəddin Kərimovun idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Məktəbin istedadlı şagirdlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.