Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının daha bir konserti martın 10-da “Qarabağ” muğam qrupu tərəfindən təqdim olunub.
Azərbaycan Milli Konservatoriyasında gerçəkləşən gecədə muğam qrupunun rəhbəri - Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, xanəndələr Aytən Məhərrəmova və Arzu Əliyeva çıxış ediblər.
Xanəndələri əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), eləcə də Süleyman Əliyev (balaban), İdris Hüseynov (ud), Kamran Novruzov (bas tar), Samir Əzimov (bas kamança) müşayiət edib.