“Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət dərgisi “Azərbaycan Xalq Cümhuriyyəti ili” münasibətilə hekayə müsabiqəsi elan edir.
   Müsabiqədə Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdən, o zaman baş verən hadisələrdən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, şəxsiyyətlərdən (dövrü təsvir etmək şərtilə) bəhs edən müasir hekayələr iştirak edə bilər. 
   Müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 10 aprel tarixinə qədər ustaddargisi@gmail.com ünvanına göndərə bilərlər. Hekayələrin kompüter mətni 2000-5000 işarə olmalıdır. 
   İlk 3 yerin qalibi mükafatlandırılacaq. Seçilmiş hekayələr “Ustad” dərgisinin Cümhuriyyət ilinə həsr olunmuş xüsusi buraxılışında dərc ediləcək.