“Eurovision 2018” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Aysel Məmmədovanın (AİSEL) ifa edəcəyi mahnının klipi təqdim edilib.
“X my heart” adlı müsabiqə mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar.
Klipin rejissoru mahnı haqqında təəssüratlarını belə bölüşüb: “Mahnını ilk eşidərkən xoşbəxtlik, optimizm, məsumluq hiss etdim. Mən həqiqətən çox istedadlı musiqiçi və müğənni Aysel ilə işləməkdən xoşbəxtəm. Ona müsabiqədə uğurlar arzulayıram”.
Qeyd edək ki, “Eurovision 2018” mahnı müsabiqəsinin yarımfinalları mayın 8 və 10-da, finalı isə mayın 12-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.