Məşhur ispaniyalı rəssam Salvador Dalinin (1904-1989) nəşinin qalıqları İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərinə qaytarılacaq. 
   İspaniyalı Mariya Pilar Abel Martines 2015-ci ildən məhkəmədə sübut etmək istəyirdi ki, Dali onun atası olub. O, DNT analizinin aparılması məqsədilə rəssamın cəsədinin eksqumasiya edilməsinə nail olmuşdu. 
   Rəssamın tabutunun açılması 21 iyul 2017-ci ildə gecə vaxtı Fiqeras şəhərində yerləşən Dali Teatr-Muzeyinin ərazisində keçirilmişdi. Aparılan DNT testinin nəticələrinə görə, Martinezlə Dali arasında heç bir qohumluq əlaqəsinin olmadığı müəyyən edilib.
   Hazırda rəssamın nəşi muzeydə saxlanılır. Salvador Dali Fondu nəşin təkrar basdırılması üçün icazəni gözləyir.
   Qeyd edək ki, yüzlərlə rəsm əsəri, kitablar üçün illüstrasiyaların, heykəllərin müəllifi olan Salvador Dali 1989-ci ildə 85 yaşında vəfat edib. O, vəsiyyətinə uyğun olaraq doğma şəhəri Fiqerasda öz adını daşıyan muzeyin döşəməsində dəfn olunub.

   İlona