Şimali Kiprin Lefkoşa şəhərində Atatürk Mədəniyyət Mərkəzində Kipr Balkanlar Avrasya Türk Ədəbiyyatları Vəqfi, Kipr Balkanlar Avrasya Türk Ədəbiyyatları Qurumu (KIBATEK) və digər qurumların işbirliyi ilə III Uluslararası Türk Ədəbiyyatı və Ədəbiyatçıları Simpoziumu keçirilib.
   Simpoziumda Türkiyə, Kipr, Azərbaycan, Rusiya, Bolqarıstan, Moldova (Qaqauz Yeri), İran, Qazaxıstan, Özbəkistan və Polşanı təmsil edən çoxsaylı tədqiqatçılar və ədəbiyyat xadimləri iştirak ediblər. 14 iclasdan ibarət olan simpoziumda 67 məruzə dinlənilib. 
   Açılışda Şimali Kiprin prezidenti Mustafa Akıncı çıxış edib. Prezident M.Akıncı çıxışından sonra Azərbaycandan olan iştirakçı, Avrasiya Universitetinin müəllimi, dosent Elmira Məmmədova-Kekeçə Kipr türk ədəbiyyatının tanıdılmasında çalışmalarına görə mükafat təqdim edib. 
   İclaslarda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktorları Tahir Orucov, Nizami Muradoğlu, Atəş Əhmədli, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Elmira Məmmədova-Kekeç və tədqiqatçı Vaqif Orucov elmi məruzələrlə çıxış ediblər.
   
   S.Qaliboğlu