Madrid bələdiyyəsi yaşı 60-dan çox olan insanların mədəni istirahəti üçün doqquz yeni istiqamət təklif edib. Bələdiyyənin buraxdığı son jurnalda yerli bələdçilərin də iştirakı ilə milli mədəniyyətlə tanışlıq üçün imkan olacaq. Yeni istiqamətlər arasında Azərbaycan, İran, Şri-Lanka, Bali (İndoneziya), Nepal, Kosta-Rika kimi məkanlar var.
İspaniyanın sosial siyasət və ailə naziri Karlos İskerdo bildirib ki, bu növ istirahətlər yaşlı insanların aktiv həyatına, sağlam qocalmasına müsbət təsir edir. Son 13 ildə bu proqram üzrə 412 min madridli səyahət edib. Bütün səyahətlərə sərfəli qiymətə gündə 3 dəfə yemək, 3 və 4 ulduzlu hotellərdə qonaqlama, ekskursiya və daimi bələdçi xidmətləri daxildir.