Martın 29-da “YAY” qalereyasında gənc rəssamlar Şahnaz Ağayeva, Aysel Əmirova, Günay Əliyeva, Leyli Qafarova, Fəxriyyə Məmmədova, Aydan Mirzəyeva, Çinarə Məcidova, Pərvanə Persiani, Şeyla Salamzadə və Leyli Salayevanın əsərlərindən ibarət “Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfun, hər nə yoxsa, vardır dünyada” adlı qrup sərgisi açılacaq.
   Sərginin adı XII əsrdə yaşamış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin rübaisindən götürülüb. Məhsəti poeziyası həm bəşər övladına, həm də Tanrıya sevgini etiraf etməklə yanaşı, xurafat, riyakarlığa qarşı güclü qadın etirazının ən erkən nümunələrindən biri sayılır. Sərgidə bu regionun tarixində və mifologiyasında yer almış, həm keçmiş, həm də indiki dövrün sayılıb-seçilən qadınlarından ilhamlanan gənc xanım rəssamların bu qadınlara həsr etdiyi əsərlər nümayiş etdiriləcək. 
   Sərgi iyunun 3-dək davam edəcək.