İyunun 8-dən etibarən “Azərbaycan Hava Yolları”nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri Lənkəran aeroportundan “Vnukovo” aeroportuna və geri yerinə yetiriləcək.
Qeyd edək ki, yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın daha iki bölgəsindən - Gəncə (aprelin 13-dən) və Qəbələdən (iyunun 4-dən) AZAL-ın reysləri həyata keçiriləcək. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində reallaşdırılır.
Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.