Aprelin 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkilatçılığı ilə “Mugham Souls” adlı konsert proqramı təqdim olunacaq. “Frankofoniya həftələri” çərçivəsində təşkil olunan konsertdə Fransanın tanınmış caz ifaçısı Pyer de Treqoman və azərbaycanlı xanəndə Qoçaq Əsgərov çıxış edəcək.