Anadolu Universiteti Dövlət Konservatoriyasının dosenti, tanınmış violin ifaçısı Hüseyn Bülent Akdenizin iştirakı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ustad dərsləri təşkil edilib.
   BMA-dan bildirilib ki, akademiyanın tələbələri üçün nəzərdə tutulmuş ustad dərslərində V.A.Mosartın “Konsert № 5”, P.İ.Çaykovskinin “Vals - Skerso”, İ.S.Baxın “2 nömrəli partita”sından “Sarabanda” və “Jiqa” əsərləri araşdırılaraq ifaçılıq xüsusiyyətləri və çətinlikləri haqqında müzakirələr aparılıb.