ABŞ-ın Massaçussets Texnologiya İnstitutundan olan mühəndislər qrupu insanın düşüncələrini “eşidən” “AlterEgo” cihazını hazırlayıblar. Ayrı-ayrı sözlərin düşüncə ilə tələffüz edilməsi ilə korrelyasiya edilən qulaqlıqlar sifət və beyin əzələlərinin zəif hərəkətlərini oxuyur və alınmış informasiyanı radiosiqnala çevirir.
“AlterEgo” istifadəçi ilə kəllə sümükləri üzrə qulağa ötürülən və səs siqnalı kimi qəbul edilən vibrasiyaların köməyi ilə ünsiyyət qurur. İstifadəçi “vaxt” sözünü “düşünərək” sorğu göndərir, cavab istifadəçinin qulaqlarına dərhal ötürülür və ətrafdakı şəxslər tərəfindən eşidilmir.
Qurğu hələlik düşünülmüş az sayda əmrləri qəbul edir. Düşüncələri tanıma dəqiqliyi 92 faizə qədərdir. Maşın təlimi alqoritminə analiz üçün daha çox material təqdim etməklə bu faizin yüksəldilməsi nəzərdə tutulur. Bunun üçün sınaqlar zamanı daha çox könüllüyə ehtiyac olacağı bildirilir.
Cihazın yaradıcıları güman edirlər ki, “AlterEgo” hələlik hazırlanma mərhələsində olan neyrointerfeysləri əvəz edə biləcək.