16-18 aprel tarixində Çin Xalq Respublikasının paytaxtı Pekində “COTTM 2018” Beynəlxalq turizm sərgisi keçirilir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev iştirak edir.
Sərgidə ölkəmizi nazirliklə yanaşı Azərbaycan Konqreslər Bürosu, Şahdağ Turizm Mərkəzi, “Azərbaycan Hava Yolları” (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, eləcə də 18 turizm şirkəti və 3 mehmanxana təmsil edir.
Sərgi meydançasında 40 kvadratmetr sahədə respublikamızın turizm imkanlarını əks etdirən milli stend qurulub. Stend ziyarətçi və iştirakçılara paylanması üçün Çin və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Pekində “COTTM 2018” beynəlxalq turizm sərgisində ümumilikdə 70-ə yaxın ölkə və 550-dək şirkət təmsil olunur.