Aprelin 12-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Türkiyənin Anadolu Universitetinin dosenti, skripka ifaçısı H.Bülent Akdenizin solo konserti keçirilib. Konsertdə səslənən əsərlər rəngarəngliyi ilə seçilib. Proqramda F.Şubert, P.İ.Çaykovski, H.Alpınar, M.Efe, U.Türkmen kimi bəstəkarların əsərləri yer alıb.
   İfaçını məktəbin konsertmeysteri Qəmər Mahmudova müşayiət edib. Hər iki ifaçının mükəmməl ifasını dinləyicilər rəğbətlə qarşılayıblar.
   Konsertdən sonra H.Bülent Akdeniz Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri üçün ustad dərsləri keçib.