Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırovla Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi Eldar Tlyabiçev və “Rusiya Eksport Mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyev arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında mövcud turizm münasibətləri və inkişaf perspektivləri müzakirə olunub.
Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi E.Tlyabiçev Azərbaycanda turizmin inkişafı ilə bağlı görülən işlərin öyrənilməsində maraqlı olduqlarını deyib.
“Rusiya Eksport Mərkəzi”nin rəhbəri N.Quliyev isə qeyd edib ki, Rusiya tərəfi turizm münasibətlərinin inkişafı üçün təkliflər hazırlayıb sentyabrda Gəncədə keçiriləcək növbəti Rusiya-Azərbaycan regionlararası forumunda iştirakçılara təklif etməlidir. Qonaqlar bu təklifləri hazırlamaqda Azərbaycan Turizm Assosiasiyasının dəstəyinə ümidvar olduqlarını bildiriblər.
AzTA-nın sədri Nahid Bağırov rusiyalı mütəxəssislərə yardım etməyə hazır olduqlarını qeyd edib, eləcə də son illər turizmin yerli və xarici iqtisadi münasibətlərin inkişafına töhfəsi barədə danışıb.